Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House-Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və "The Euoropean-House-Ambrosetti" beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib. Dövlətimizin başçısı forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında "Azərbaycanın rolu" mövzusunda çıxış edib. Prezident İlham Əliyev əvvəlcə qonaqları salamlamış,tədbirdə çıxışı üçün, dəvəti üçün öz təşəkkürünü bildirmişdir. Dəfələrlə İtaliyada səfərdə olduğunu vurğulamış və 2020-ci ildə dövlət səfərində olduğunu, o zaman İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzaladiqlarını qeyd etmişdir. Budəfəki səfərin də uğurlu olduğunu, ölkələr arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı məsələləri müzakirə etdiyini, ilk öncə müzakirə mövzusunun təhsil olduğunu qeyd etmişdir. Həmçinin müzakirələrinin əsas mövzularından biri də enerji siyasəti olduğunu və uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkə olduğunu vurğulamışdır. Enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı olduğunu, böyük qaz təchizatı boru kəmərinin inşa edilməsi və bunu Cənub Qaz Dəhlizi adlandırıldığını vurğulamışdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verilmiş, həmin dövrdən Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilmiş, Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtalyanın payına düşür və ümumi ixracımızın 22 milyard kubmetrdən artıq olacağını bildirmişdir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin ən aktual məsələ olduğunu, müzakirələrin getdiyini, Yunanistan-Bolqarıstan interkonnektoru istismara veriləcəyini qeyd etmiş,həmçinin digər lahiyələrin olduğunu, bunlardan birinin İonik-Adriatik boru kəməri layihəsidir ki, o Azərbaycan qazını üç Balkan ölkəsinə çatdiracaq. Prezidentimiz çıxışının sonunda tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni edəcəyik, enerji təhlükəsizliyi milli təhlükəsizlik olduğunu bildirmişdir. Sonda tədbirdə iştirak etdiyi üçün minnətdarlığını bildirmişdir. Prezident İlham Əliyevin sentyabrın 1-2-də İtaliyaya etdiyi işgüzar səfər iki ölkə arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürü oldu. Azərbaycanla İtaliya arasında belə səfərlərin mütəmadi şəkildə təşkil olunması hər iki tərəfin əməkdaşlıqda maraqlı olmasını göstərir. Bu səfərlər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, əlaqələrin sağlam təməl üzərində qurulmasına şərait yaradır. Sayad Quliyeva,Xocalı şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi